Azərbaycan Milli Məclisi ziyarətlərin təşkilini müvafiq mərkəzlərə tapşırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i376689-azərbaycan_milli_məclisi_ziyarətlərin_təşkilini_müvafiq_mərkəzlərə_tapşırıb
Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlər dini mərkəzlər tərəfindən həyata keçiriləcək.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 06, 2021 03:58 Asia/Baku
  • Azərbaycan Milli Məclisi ziyarətlərin təşkilini müvafiq mərkəzlərə tapşırıb

Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlər dini mərkəzlər tərəfindən həyata keçiriləcək.

SəhərAzəri  Report Portalına istinadən xəbər verir: Bu qərar Milli Məclisin  plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi çərçivəsində qəbul olunub. 

 Layihəyə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər və idarələr tərəfindən həyata keçirilir.

Bu barədə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verilməlidir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi 3-cü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Dini Etiqad Haqqında Qanun bütün dini fəaliyyətlərə hökumətin nəzarətini təmin edir. Əhalisinin böyük əksəriyyəti şiələrdən təşkil olunan ölkədə bü məsələyə münasibət birmənalı deyil. 

Ötən illər ərzində Azərbaycandan olan ziyarət karvanları İraq və İrana axışaraq Əhli-Beyt (ə)-a öz sevgilərini nümayiş etdirmişlər. Zəvvarlar həmçinin Kərbəla və Nəcəfdə Azərbaycan bayrağını dalğalandıraraq bu ölkənin taleyüklü məsələsi sayılan Qarabağ həqiqətini dünya müsəlmanlarının diqqətinə çatdırmışlar.