Ruhaninin həbsə etiraz doğurdu
Azərbaycan Ruhanilər Məclisi bəyanat yayıb
May 06, 2021 14:54 Asia/Baku
Azərbaycan Ruhanilər Məclisi İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev haqqında çıxarılan məhkəmə qərarına münasibət bildirib.
SəhərAzəri- nin məlumatına əsasən, bəyanatda deyilir ki, Azərbaycan Ruhanilər Məclisi Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevə verilən 16 il müddətində azadlıqdan məhrum etməni ölkədə cərəyan edən islamafobiyanın aydın təzahürü kimi qiymətləndirir və buna öz etirazını bildirir.
Həbsin gərçəkləşdiyi ilk gündən məsələnin qərəzli və sifarişli olması kimsədə şübhə doğurmurdu. Bu gün qəbul olunan qərar isə bunun əyani sübutudur. Azərbacyan Ruhanilər Məclisi bir daha həbsin özünü və həbslə bağlı amansız qərarı qətiyyətlə pisləyir."- deyə bəyanat müəllifləri qeyd edirlər.