May 07, 2021 14:48 Asia/Baku
  • Azərbaycan R-da Ümumdünya Qüds günü

Dünən axşam İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü ilə Ümumdünya Qüds günü mərasimi keçirilib.

İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin Şəhriyar adına mədəniyyət evinin akt zalında keçirilən bu mərasimdə İran İslam Respublikasının səfiri Seyyed Əbbas Mousəvi, Vəliyye Fəqihin nümayəndəsi Seyyed Əli Əkbər Ocaqnejad, İranın Azərbaycan Respublikasındakı mədəniyyət attaşesi Qorbanəli Pourmərcan, azəri mütəfəkkir, yerli rəsmi orqanların məsul şəxslərindən bir qrupu iştirak edib.

Mousəvi səhiyyə protokollarına riayət ilə keçirilən bu mərasimdəki çıxışında Fələstin xalqının qəsbkar sionist rejimə qarşı mübarizəsinin davamı üzrə əzmkarlığına toxunub.

Fələstin xalqı bu nəticəyə çatıb ki, müqavimət və mübarizədən savayı bir yol yoxdur. Cinayətkar sionist rejimlə münasibətlərin adiləşdirilməsi azad və adi yaşayış və öz ev-eşiyinə geri dönməkdən savayı bir istəyi olmayan yüz min fələstinli şəhidin qanının adiləşdirilməsi mənasına gəlir.

Vəliyye Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi də sionist rejimin Fələstin xalqına qarşı saysız-hesabsız cinayətlərinə, o sıradan uşaqlar, qadınlar və yaşlıların qətlə yetirilmələrinə işarə edib. Bildirib ki, Amerika bu qəsbkar rejimin əsas himayədarıdır.

Qəti ilahi vədə əsasən, Amerika da yaxın gələcəkdə SSRİ-nin taleyinə düçar olacaq və sionist rejim məhv olacaq.

Bakıda Ümumdünya Qüds gününə həsr olunmuş konfransın çıxışları sosial şəbəkələrdən tam şəkildə yayılacaq.

AZƏRBAYCAN R-DA ÜMUMDÜNYA QÜDS GÜNÜ

Teqlər