Əmədkaşlığın yeni təzahürü
İran və Azərbaycan Araz çayı ilə bağlı protokol imzalayacaq
Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə edilməsi ilə bağlı Azərbaycan-İran Birgə Komissiya yaradılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə edilməsi ilə bağlı məsələləri operativ həll etmək məqsədilə keçmiş SSRİ və İran arasındakı razılaşmaya əsasən, daimi fəaliyyət göstərən Azərbaycan-İran Birgə Komissiya yaradılıb.
Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” şirkəti məlumat yayıb.
Məlumata görə, Komissiya hər il çayın su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi və paritet əsasda istifadə edilməsi məsələsini razılaşdırıb. Mayın 24-də Birgə Komissiyanın videokonfrans formatında keçirilmiş görüşündə 50-ci iclasın Protokolunun layihəsinin müzakirəsi aparılıb.
Qeyd edək ki, mayın 31-də Araz su anbarının səddində “Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran Birgə komissiyası”nın təntənəli şəkildə keçiriləcək 50-ci yubiley iclasında Protokol imzalanacaq.