May 28, 2021 15:56 Asia/Baku
  • Azərbaycan XİN Ermənistanın Naxçıvan istiqamətində yeni hərbi hərəkətinə reaksiya verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi erməni hərbi birləşmələrinin Naxçıvan sərhədini pozması məsələsinə reaksiya verib.

SəhərAzəri-nin məlumatına əsasən, nazirliyin bəyanatında deyilir: "Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərini atəşə məruz qoyublar. Nəticədə hərbi qulluqçumuz, əsgər Muradov Elxan yaralanıb."

Qeyd olunur ki, Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlar, o cümlədən sərhədin Naxçıvan sahəsində azərbaycanlı əsgərin yaralanması, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

“Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir. Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırırıq”, - deyə məlumatda vurğulanıb.

Teqlər