İran minaya düşərək şəhid olan jurnalistlərlə bağlı başsağlığı verdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i377715-İran_minaya_düşərək_şəhid_olan_jurnalistlərlə_bağlı_başsağlığı_verdi
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmasına münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2021 07:09 Asia/Baku
  • İran minaya düşərək şəhid olan jurnalistlərlə bağlı başsağlığı verdi

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmasına münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmasına münasibət bildirib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi özünün  "Twitter" səhifəsində dünən Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşən AzTv və AZƏRTAC-ın iki əməkdaşının həlak olması münasibəti ilə başsağlığı verib

 "İran İslam Respublikasının Səfirliyi Azərbaycan Respublikasının önəmli media qurumlarının iki jurnalistinin şəhid olması ilə əlaqədar başsağlığı verir ailələrinə səbr diləyir. Uca Allaha dua edərək əziz şəhidlərin ruhuna rəhmət diləyirik", - deyə paylaşımda qeyd olunub.