Jurnalistlərin ölümündə rus sülhməramlıları günahkardır
https://azeri.sahartv.ir/news/azərbaycan-i377772-jurnalistlərin_ölümündə_rus_sülhməramlıları_günahkardır
Azərbaycanlı hüquqşünas Kəlbəcərdə “Kamaz” markalı sərnişin avtobusunun minaya düşməsi nəticəsində həlak olan jurnalistlərlə bağlı birbaşa Rusiyanı günahkar sayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2021 08:32 Asia/Baku
  • Jurnalistlərin ölümündə rus sülhməramlıları günahkardır

Azərbaycanlı hüquqşünas Kəlbəcərdə “Kamaz” markalı sərnişin avtobusunun minaya düşməsi nəticəsində həlak olan jurnalistlərlə bağlı birbaşa Rusiyanı günahkar sayır.

 SəhərAzəri-nin məlumatına əsasən, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, 10 noyabr bəyanatından sonra ermənilərə o torpaqlardan şəxsi əşyalarını götürüb getmək üçün vaxt verildi: “Əvəzində isə ermənilər həm Ağdamda, həm də Kəlbəcərdə minlərlə mina döşəyib getdilər. Bu şəraiti onlara kim yaratdı? 10 noyabr bəyanatının dərhal ardından Qarabağa yerləşən Rusiya sülhməramlıları.

Hüquqşünas sonra deyib: "Necə oldu ki, alban kilsəsini qorumaq üçün göbələk kimi bitən sülhməramlılar o qədər mina döşənməsinə göz yumdu, onun qarşısını almadı? Məgər sabit praktika deyil ki, sülhməramlılar silahsızlandırma, minalardan təmizləmə işini həyata keçirir? Bəs Kəlbəcərdə, Ağdamda niyə imkan verdilər bu qədər mina döşənməsinə?”