İyun 09, 2021 11:10 Asia/Baku
  • Vasif Talıbov iranlı nazirlə görüşdü

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri İran İslam Respublikasının yollar və şəhərsalma nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Ali Məclisin sədri Vasif Talıbov iranlı nazir Məhəmməd İslami ilə keçirilən görüşdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə əlaqələrindən bəhs edən Ali Məclisin sədri nəqliyyat sahəsindəki əməkdaşlığa diqqəti çəkib.

Məhəmməd İslami isə Vasif Talıbovla görüşdən və Naxçıvana səfərindən məmnun olduğunu qeyd edib, münasibətlərin inkişaf etdiyini bildirib, Qələbə münasibətilə təbriklərini ona çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.

Xatırladaq ki, Naxçıvanın blokadada qaldığı günlər İran tərəfi onun bütün ehtiyaclarını ödəyib, hazırda isə onun Azərbaycanın əsas hissəsi ilə əlaqəsini quru yolla təmin edir.

Teqlər