İyun 13, 2021 11:06 Asia/Baku
  • İlham Əliyev: “Yeni müharibə baş verərsə, Ermənistan yenə də məğlub olacaq”

Azərbaycan prezidenti Ermənistanı sərhəd ixtilaflarının həlli üçün dialoqa çağırdı

SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev xarici ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərini qəbul edərkən deyib: “Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr, peşman olacaqlar".

Dövlət başçısı rəsmi İrəvanı ittiham edib ki, Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı təklifə məhəl qoyulmur.

Əliyevin sözlərinə görə, Azərbaycan Qafqazda yeni inkişaf mərhələsinə hazırdır və sülhün bərqərarında maraqlıdır.

 

Teqlər