Həbsdə olan İlahiyyatçı siyasi məhbusu təbrik etdi
Abgül Süleymanovdan Tale Bağırova təbrik mesajı
Həbsdə olan tanınmış ilahiyyatçı Hacı Abgül Süleymanov Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırovu ad günü münasibətilə təbrik edib.
SəhərAzəri-nin məlumatına əsasən, ilahiyyatçı öz təbrik müraciətində yazır: "Mən də öz növbəmdə qardaşımız Hacı Taleyin doğum günü münasibəti ilə öncə valideyinlərini, ailəsini ,körpə balalarını, özünü və onun simasında bütün mömin bacı və qardaşlarımızı səmimi qəlbdən təbrik edirəm. Möminlərin əmiri Əli ibni Əbutalib(ə) buyurur ki, mücahidlərin üzünə göyün qapıları açıqdır. Quranda buyurur ki, kafirlərin üzünə göyün qapıları bağlıdır. Yer üzünün dəmir qapılarının bizim üzümüzə bağlı olması bizim üçün o qədər əhəmiyyət kəsb eləmir. Əsas odur ki, göyün qapıları üzümüzə bağlanmasın. Çünki bütün xeyir, ruzi, dua və bərəkət göyün qapılarının açıq olmasına bağlıdır. Möminlər 20 il əyləşib Hacı Taleyin yolunu gözləməsinlər. Övladlarını tərbiyə edib hazırlansınlar və bu haqq yolun yolçuları və davamçıları etsinlər. Allahummə əccil li vəliyyikəl fərəc. Əssəlamu ələykum və əla ibadi əssalihin."