İyul 04, 2021 09:51 Asia/Baku
  • Siyasi məhbuslar
    Siyasi məhbuslar

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri ölkədə siyasi məhbusların da azadlığa buraxılmasını tələb etdi.

SəhərAzəri-nin məlumatına əsasən, Əli Kərimli bu haqda bildirib: “torpaqlarımıza soxulmuş silahlı erməni diversantlara göstərilən humanizm nəyə görə öz xalqımızdan olan siyasi məhbuslara göstərilmir? Erməni diversantlar bir neçə günə gedəcək evlərinə. Ancaq Müsəlman Birliyi hərəkatının sədri Tale Bağırzadəyə, Abbas Hüseynə və digərlərinə verilmiş 20 il, Əhsən Nuruzadəyə saxta yolla təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasının ləğvini, bu şəxsləri azad etməyi heç ağıllarına da gətirmirlər. İslam Partiyasının sədri Mövsüm Səmədov 11-ci ildir ki, məhbəs həyatı yaşayır. Müddətin başa çatmasına 5-6 ay qalıb. Ancaq o 5-6 ayı da bağışlamağa əlləri, ürəkləri gəlmir. 

Partiya sədri sonra soruşur: “Silahlı diversantları 6 aylıq simvolik cəza ilə azad edib, vətəndaş cəmiyyəti fəalları Elçin Həsənzadəni, Elçin Məmmədi necə həbsdə saxlayacaqsınız? Diversantları evinə yola salıb, aylarla davam edən aclıq aksiyası ilə ölümün bir addımlığında olan jurnalist Əfqan Sadıqovu necə ölümə tərk edəcəksiniz? Siyasi məhbusları azad edin! Bu, xalqımızın ümumi tələbidir.

 

Teqlər