SOCAR-ın açıqlamasına şübhə yarandı
Qubad İbadoğlu: Palçıq vulkanı baş verməyib
Xəzər Dənizində baş vermis partlayış barədə rəsmi açıqlama ictimaiyyəti qane etməyib.
SəhərAzəri-nin məlumatına əsasən, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, Bakının cənub hissəsində Bulla dəniz sahəsində baş verən partlayışı palçıq vulkanın püskürməsi ilə əlaqələndirmək üçün bütün dövlət orqanları və rəsmilər fəaliyyətdədirlər.
Hərəkat sədri fikrini belə izah edib ki, əvvəlcə SOCAR adından, sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən məlumat yayıldı ki, palçıq vulkanı püskürüb. Amma, baş verən partlayış və sonra da alovlanan məşəl o qədər güclü və hündür olub ki, onu nəinki Bakıdan, hətta yaxın rayonlardan da müşahidə etmək mümkündür. Odur ki, palçıq vulkanı izahatı inandırıcı görsənmir.
İqtisadçı sonda Tarif Şurasının da bostanına daş atıb.”Əsas odur ki, ölüm-itim olmasın, yanan qaz-neft olsun, pulunu gec də olsa əhalidən çıxaracaqlar”- deyə Qubad İbadoğlu bildirib.
Tanınmış journalist Aygün Muradxanlının isə mövqeyi maraqlı olub. O, feysbuk üzərindən yazıb: “Palçıq vulkanı” xəbərini sildi SOCAR. Neftçi ailələri həyəcan içindədir. Videolardan yüksək alov aydın görünür. Çıxıb adam kimi açıqlama vermək yerinə milləti ələ salırlar!