İyul 14, 2021 13:37 Asia/Baku
  • Azərbaycan-Ermənistan sərhəddinin Naxçıvan hissəsində atışma-Təcili

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhəddinin Naxçıvan hissəsində atışma olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, iyulun 14-də saat 10:00-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhəddində Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutublar.

Məlumatda bildirilir ki, atəş nəticəsində Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb, məlumatda qeyd olunu.

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi "Ermənistan-Azərbaycan sərhəddinin Naxçıvan hissəsində Erasxa rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən atışma nəticəsində" erməni hərbçinin həlak olduğunu bildirib. 

İddia olunur ki, Azərbaycan hərbçiləri erməni mövqelərinə atəş açıblar. Atışma nəticəsində erməni hərbçisi ölümcül yaralanıb.

Teqlər