Azərbaycan Respublikası MN:
Sədərəkdə Azərbaycan mövqeləri atəşə tutulub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir bəyanat yayaraq, iyulun 16-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyilir: İyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.
Məlumatda Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananların olmadığı bildirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi vurğulayıb ki,
iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.