Qarabağda döyüşən xarici vətəndaşa 10 illik həbs cəzası verilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i379319-qarabağda_döyüşən_xarici_vətəndaşa_10_illik_həbs_cəzası_verilib
Qarabağda Azərbaycan Respublikası ordusuna qarşı döyüşən Rusiya vətəndaşına hökm oxunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2021 07:57 Asia/Baku
  • Qarabağda döyüşən xarici vətəndaşa 10 illik həbs cəzası verilib

Qarabağda Azərbaycan Respublikası ordusuna qarşı döyüşən Rusiya vətəndaşına hökm oxunub.

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə oxunan hökmə əsasən, E.Dubakov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Onun, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib.