İyul 31, 2021 14:24 Asia/Baku
  • Azərbaycan Respublikası işğal olunmuş Fələstin ərazilərində rəsmi nümayəndəliklər açıb

Ötən gün Azərbaycan Respublikası İsrail adlanan işğal olunmuş Fələstində ilk dəfə rəsmi nümayəndəlik açıb. Özü də bir yox, birdən birə iki nümayəndəlik – ticarət və turizm nümayəndəlikləri.

SəhərAzəri-nin məlumatına əsasən, Tel-Əvivdə yerləşən nümayəndəliklərin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın İsrail rejimində ticarət və turizm nümayəndəliklərinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağına əminliyini ifadə edib.

"The Jerusalem Post" qəzetinin siyasi şərhçisi Arye Qutla Sputnik Azərbaycana bu hadisə ilə bağlı deyib ki, çox yaxın gələcəkdə Azərbaycan bayrağının Tel-Əvivdə yerləşəcək bu ölkənin səfirliyinin qarşısında dalğalanacağına inanıram. O sonra belə deyib: Yüksək səviyyədə olan əlaqələrimizdə Azərbaycanda olan 25 minlik yəhudi diasporu və İsraildə olan 80 minlik Azərbaycan əsilli insanların olmasının rolu böyükdür.

Arye Qut Mikayıl Cabbarovun işğal olunmuş Fələstinə səfəri zamanı  sionist şirkətlərini Qarabağda yenidənqurma işlərində iştiraka dəvət etdiyini xatırladıb və deyib:  İnanıram ki, İsrail şirkətləri bu dəvəti qəbul edəcək və Qarabağda bərpa işlərinə öz töhfələrini verəcəklər.

"The Jerusalem Post" qəzetinin siyasi şərhçisi həm də yaxın günlərdə sionist şirkətin Qarabağda minatəmizləmə işlərinə başlayacağı barədə onda məlumat olduğunu deyib.

 

Teqlər