Sərhəddə gərginlik səngimək bilmir
Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Respublikası ordusunun mövqeləri yenidən atəşə tutulub.
SəhərAzəri-nin məlumatına əsasən, avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Və qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bundan əvvəlki atışmalarda 3 erməni hərbçisi həlak olmuşdu.
Ekspertlər sərhəddə belə halların təsadüfi olmadğını düşünür və isətər Rusiyanın, istərsə də Qərb dövlətlərinin təxribatlarda imzasının olduğunu istisna etmirlər. Belə ki, sözü gedən qüvvələr iki qonşu ölkə arasında gərginliyin davam etməsini məqsədəuyğun hesab edirlər.
O da qeyd olunur ki, ABŞ-ın İrəvandakı səfirinin sərhədə baş çəkməsi və Konqresin Azərbaycanı hərbi yardımdan məhrum edərək Ermənistana artıqlaması ilə yardım nəzərdə tutması erməni hərbi qulluqçularını həddən artıq ruhlandırıb.
İran İslam Respublikası hadisələri yaxından təqib edərək problemlərin həllində Azərbaycan və Ermənistana öz köməyini təklif etmişdir.