Avq 06, 2021 19:06 Asia/Baku

İran İslam Respublikasının prezidenti İran və Azərbaycan Respublikası xalqlarının dini, tarixi və mədəni ortaqlıqlarına toxunaraq, deyib ki; iki ölkənin müxtəlif sahələrdəki əlaqələr səviyyəsini yetərli və qənaətbəxş saymırıq və iki xalqın xeyrinə olacaq/ münasibətlərin hərtərəfli şəkildə inkişafı istiqamətində iri addımlar atmaq əzmindəyik.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə sonra bildirib ki, İrandakı müxtəlif şirkətlər və özəl sektor Azərbaycan Respublikası bölgələrinin bərpası, eləcə də texniki, mühəndislik və infrastruktur sektorlarda birgə layihələrin icrası proseslərində iştirak və həmkarlıq etməyə hazırdırlar.

İranın Azərbaycan Respublikasının inkişafı və təhlükəsizliyini öz inkişafı və təhlükəsizliyi hesab etdiyini diqqətə çatdıran Rəisi vurğulayıb ki, iki ölkə qarşılıqlı və regional əlaqələrdə/ regionda sabitlik və təhlükəsizlik, həmçinin iki ölkə xalqlarının maraqları istiqamətində/ yaxın və təsirli həmkarlıqlara və koordinasiyalara malik ola bilər.

Sahibə Qafarova da bu görüşdə ölkəsinin prezidentinin təbriki və salamını çatdıraraq, belə söyləyib: Əminik ki, yeni dövrdə Tehran-Bakı əlaqə və münasibətləri daha da inkişaf edəcək/ və Azərbaycan Respublikası müxtəlif layihələrin icrasında iranlı şirkətlərin iştirakını alqışlayır.

 

Teqlər