İran İslam Respublikası ilə yanaşı
Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayır
Azərbaycan Respublikasında bu gündən Məhərrəm ayı başlayıb. Aşura günü isə avqustun 19-a təsadüf edir.
SəhərAzəri xəbər verir ki, hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə avqustun 10-na, Aşura günü isə avqustun 19-na təsadüf edir. Beləliklə, Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatıb və 1443-ci il daxil olub.
Məhərrəmlik bu il də dünyada davam edən koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək. Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur. َAzərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə ediblər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.