Azərbaycan MN-dən
Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə yerləşdirilməsinə etiraz
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Sülhməramlılarının yerləşdiyi ərazilərə Ermənnistan hərbçilərinin gətirilməsinə reaksiya verib.
SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuata açıqlamasında 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunmadığı bildirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşındığı bildirilir: “ Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.”- deyə bəyanatda bildirilir.
Müdafiə Nazirliyinin mətbuata açıqlamasında üçtərəfli bəyanata zidd olan bu prossesdə Ermənistan tərəfi xüsusi ilə Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan günahlandırılır. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlərin görüləcəyi bildirilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında Rusiyanın üzərinə düşən məsuliyyət də xatırlanıb: “Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.”-deyə bəyanatda bildirilir.