12 avqust Prezident Administrasiyası qarşısında
“Gəncə işi” üzrə məhbusların yaxınları aksiya keçiriblər + VİDEO
Avqustun 12-də “Gəncə işi” üzrə təqsirləndirilənlərin yaxınları Bakıda Prezident Administrasiyası qarşısında aksiya keçiriblər.
SəhərAzəri-nin məlumatına əsasən,Daha çox həbs edilənlərin ana-bacılarından ibarət olan Aksiya iştirakçıları “Gəncə məhbuslarına azadlıq” , “sifarişli həbslərə son!” şuarları səsləndirərək, yaxınlarının günahsız həbs edildiyini bildiriblər və onlara bəraət verilməsini tələb ediblər.
Polis aksiyaya müdaxilə etsə də, insident baş verməyib. Polis aksiya iştirakçılarının PA-da qəbul edilməyəcəklərini bildirib və bunu pandemiya ilə bağlı məhdudiyyətlərlə əsaslandırıb.
Hazırda Bakı Ağır Cinayətlər üzvə Məhkəməsində Yunis Səfərov və digər 11 nəfərin məhkəmə prossesi davam etdirilir. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə 15 ildən 20 ilədək, Yunis Səfərova isə ömürlük həbs cəzası istəyib.
3 iyul 2018-ci ildə Gəncədə şəhərin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərovun onu və cangüdənini yaraladığı bildirilir.
Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və iğtişaşlar zamanı iki polis zabiti qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.