Avq 15, 2021 11:52 Asia/Baku
  • “Onlar işğalçının, zalımın tərəfində idilər.”

Azərbaycan Respublikası prezidenti İlham Əliyev dünən “CNN Türk” televiziya kanalına müsahibəsində qərb dövlətlərinə eyham vuraraq deyib: Bəzi dövlətlər ikinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqe onu göstərir ki, onlar Ermənistan tərəfində idilər.

 SəhərAzəri-nin məlumatına əsasən,44 günlük müharibə dövründə də dəfələrlə qərb dövlətlərini Azərbaycan respublikasına təzyiq göstərməkdə və onların mediyalarını müstəntiq rolunda çıxış etməkdə ittiham edən İlham Əliyev deyib: “Onlar şər qüvvələrin tərəfində idilər, işğalçının, zalımın, vəhşinin tərəfində idilər. Heç bir izahat, məntiqə əsaslanan hər hansı bir söz onların mövqeyinə təsir etmirdi. Onlar real həqiqəti görmək istəmirdilər və bizi ittiham edirdilər, sanki biz işğalçıyıq. Mən isə deyirdim ki, biz öz torpağımızda savaş aparırıq. BMT Nizamnaməsi bu hüququ bizə verir. Hər bir ölkə özünü müdafiə edə bilər və bu hüquq Birləşmiş Millətlər Təşkilatı tərəfindən verilib. Ancaq buna baxmayaraq, bizə qarşı çox çirkin şər-böhtan kampaniyası aparılırdı. Biz bilirik bunun arxasında kimlər dayanır.

Azərbaycan Respublikası prezidenti Rusiya sülhməramlılarının öz missiyalarını düzgün yerinə yetimədiklərinə də toxunub: “Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik.”-deyə bildirib.

Azərbaycan Respublikası prezidenti Xankəndindəki ermənilərin taleyinə də toxunub: “biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq: "Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır”.

İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində 3+3 formatına da təkrar münasibət bildirərək deyib: Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar.

Azərbaycan prezidenti Gürcüstanın Rusiya ilə əlaqələrə malik olmadığına görə bu formata hazır olmadığını xatırladaraq eyni zamanda regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfıra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələrin əhəmiyyətini vurğulayıb.

İlham Əliyev Ermənistanla digər nəqliyyat layihələri və ticarət əlaqələrindən də danışıb: “Təkcə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi.

Azərbaycan Respublikası prezidenti bird aha Ermənistan rəhbərliyini sülh müqaviləsi imzalamağa və Azərbaycan Respubliikası ərazilərini rəsmən tanımağa çağıraraq deyib:”biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq.

Teqlər