Paralimpiya çempionu qələbəsini şəhidlərə həsr etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i380514-paralimpiya_çempionu_qələbəsini_şəhidlərə_həsr_etdi
Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paracüdoçusu Şahanə Hacıyeva qələbəsini şəhidlərə həsr etdiyini deyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 27, 2021 11:04 Asia/Baku
  • Paralimpiya çempionu qələbəsini şəhidlərə həsr etdi

Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paracüdoçusu Şahanə Hacıyeva qələbəsini şəhidlərə həsr etdiyini deyib.

SəhərAzəri-nin verdiyi məlumata görə,48 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tokio paralimpiya yarışlarının çempionu olduğundan sevinc hissləri keçirdiyini dilə gətirib: "Axır ki, Tokioda bizim də himnimiz səslənəcək. Bu qələbəni müəllimlərimə, valideynlərimə və şəhidlərimizə həsr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ümid edirəm ki, komandamız bu uğurun davamını gətirəcək"- deyə Şahanə Hacıyeva bildirib.