Sionist İsrailin "bayrağ"ı Qarabağ Hotelinin qarşısında dalğalanırmı?
Yerli mediaların bayraq iddiası yalan çıxdı
Avq 30, 2021 13:56 Asia/Baku
Sionist İsrail rejiminin "bayrağ"ı Qarabağ Hotelinin qarşısında dalğalanmır.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanda bəzi medialar Şuşada açılmış Qarabağ Hoteli üçün mərasimin şəkilləri yerinə köhnə maketdən istifadə etməklə İsrail rejimini reklam etməyə cəhd ediblər. Sosial media istifadəçiləri bunu ölkə başçısına və Azərbaycan xalqına hörmətsizlik kimi dəyərləndirirlər.
Bildirilir ki, ölkənin mədəniyyət paytaxtı kiminsə silahları ilə deyil, azərbaycanlı aslanların və şəhidlərin qanı hesabına azad edilib.
Qeyd edək ki, bu yaxınlarda qondarma rejimin Bakıdakı səfiri Corc Dik Şuşada peyda olaraq mənsub olduğu işğalçı rejimi təbliğ etmiş və abadlıq layihələrindən pay istədiklərini nümayiş etdirmişdir.