İlham Əliyev rus qəzetə verdiyi müsahibədə:
"Biz rusiyalı sülhməramlıların fəaliyyətini yüksək qiymətləndiririk"
Azərbaycan Respublikasının Prezidenti rusiyalı sülhməramlıların fəaliyyətini yüksək qiymətləndirib, ermənilərlə azərbaycanlılar arasında barışıq prosesinin gedəcəyinə ümidvar olduğunu deyib.
İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində rusiyalı sülhməramlıların fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan prezidenti deyib:İndi bizdə, deyərdim ki, yeni mərhələdir, Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub.
İlham Əliyev sülhməramlılarla qarşılıqlı anlaşma şəraitinə diqqət çəkib: “ Təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib. Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk.”- deyə Azərbaycan Respublikası prezidenti bildirib.
İlham Əliyev azərbaycanlılarla ermənilər arasında barışıq prosesinin vacibliyinə də toxunub, Azərbayan Respubliksı ilə Ermənistanın əbədi qonşular olduğuna diqqət çəkib eyni zamanda bu sahədə də Rusiyanın müsbət rol oynadığını bildirib :
“Ümid edirik ki, ermənilərlə azərbaycanlılar arasında bir növ barışıq prosesi də gedəcək. Biz də qonşularıq və bir-birimizin yanından heç yerə getməyəcəyik. Ona görə bu reallıqları düzgün qəbul etmək lazımdır. Əlbəttə, burada da Rusiyanın rolu çox vacibdir və biz görürük ki, bu rol çox müsbətdir.”