Saxlanılan 2 iranlı sürücü sərbəst buraxılıb
Okt 21, 2021 11:39 Asia/Baku
Azərbaycan Respublikası 2 iranlı sürücünü sərbəst buraxıb.
SəhərAzəri-nin məlumatına əsasən,İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi 2 iranlı sürücünün azad edilməsi xəbərini təsdiqləyib. O bildirib ki, iranlı sürücülər bu gün səhər İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təhvil verilib.
Sözü gedən iranlı sürücülər cari il 14 sentyabrda Gorus-Qapan yolunda saxlanılmışdılar.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi də bir bəyanatda bildirib ki, Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İranlı sürücüləri müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarıb.