Okt 21, 2021 13:49 Asia/Baku
  • Xankəndinin azad edilməsinə kimlər mane olub?

BAXCP sədri Xankəndinin azad olunmamasında supergüclərin rolunu etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən,BAXCP sədri Qüdrət Həsənquliyev Yeni Azərbaycan Partiyasında keçirilən dəyirmi masada müharibə vaxtı Xankəndi şəhərinin niyə azad edilmədiyi barədə deyilənlərə münasibət bildirib.

Qüdrət Həsənquliyev deyib:  “Bəziləri deyir, çatmışdıq Xankəndiyə, niyə götürmədik? Amma deyən yoxdur ki, Xankəndini götürsəydik, böyük güclərin buna reaksiyası necə olacaqdı? Birinci Qarabağ müharibəsində biz bunun acı nəticələrini görmüşdük. Xalqı reallıq hissindən uzaqlaşdırmaq olmaz”.

BAXCP sədri həmçinin qərbdə Azərbaycan Respublikasına qarşı informasiya savaşından xəbər verib: Azərbaycana qarşı bu gün informasiya savaşı gedir. Əslində, bu savaşı Qərbdəki ermənipərəst qüvvələr başladıb, Azərbaycanda isə bu savaşa qoşulanlar onların piyadalarıdır”.

Teqlər