Okt 28, 2021 13:23 Asia/Baku
  • İŞİD-çilərin uşaqları Azərbaycana gətirilib

İraqda cəza çəkmə müəssisəsində saxlanılan İŞİD-çilərə məxsus 38 uşaq azərbayana gətirilib

Bu gün İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 azərbaycanlı uşağın  Bağdad-İstanbul-Bakı marşrutu ilə repatriasiyası həyata keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

İndiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan  vətəndaşının İraq Respublikasından repatriasiyasına müvəffəq olunub.

Qeyd edək ki, repatriasiya olunanlar vaxtilə İŞİD və digər terrorçu qrupların tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün Suriya və İraqa üz tutmuş şəxslərin ailə üzvləridir.

Vəhabi İŞİD terrorçuları sıralarına Şiə Azərbaycandan gözə çarpacaq sayda terrorçunun qatılması bu ölkədə vaxtı ilə Səudiyyə Ərəbistanı tərəfindən yaradılan və maliyyələşdirilən vəhabilik mərkəzlərinin fəaliyyətinin nəticəsi hesab olunur.

Vaxtı ilə Deputat Zahir Oruc İŞİD terrorçularının övladlarının Azərbaycana gətirilməsi mövzusuna münasibət bildirərkən belə demişdi: Həmin uşaqların düşüncələri bir qədər zəhərlənib və ya zədələnib. Uşaqları hətta qatil olmağa, silah atmağa, döyüşməyə hazırlayan kursların da mövcud olduğunu bilirik.

Qeyd edək ki, 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayaraq bildirmişdi ki, ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub.

Teqlər