Brüsseldə razılaşma
Azərbaycan və Ermənistan dəmiryolları birləşdirilir
Brüsseldə keçirilən üçtərəfli görüşdə "dəmir yolunun yenidən işə salınması ilə bağlı razılaşma təsdiqlənib". Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan görüşdən sonra Facebook-da yazıb.
SəhərAzəri-nin Turana istinadən verdiyi məlumata görə, Ermənistan baş naziri öz Facebook səhifəsində yazıb: “Qarşılıqlılıq prinsipi əsasında beynəlxalq sərhəd və gömrük qaydalarına uyğun fəaliyyət göstərəcək dəmir yolunun ölkələrin suverenliyi və yurisdiksiyası altında açılmasına dair razılaşmanı təsdiqlədik.
Ermənistan dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxış əldə edəcək. Biz də təmasları davam etdirməyə razılaşdıq”, - Nikol Paşinyan yazıb.
Öz növbəsində, Azərbaycan prezidentinin mətbuat xidməti Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə müvəqqəti işçi qrupunun yaradılması barədə razılığa gəldiyini bildirib.
Üçtərəfli görüşün sonunda Şarl Mişelin özü jurnalistlərə bildirib ki, Paşinyanla Əliyev də təkbətək danışıblar. Onun sözlərinə görə, danışıqlar zamanı Mişel qısa müddət ərzində Əliyevlə Paşinyana onsuz danışmaq imkanı vermək üçün çıxıb.
"Onların bir-biri ilə birbaşa danışmaları vacibdir" - о deib.
O, həmçinin bildirib ki, Aİ sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı problemlərin həlli prosesinə kömək edəcək ekspertlər qrupu yaradacaq.