Təhsil naziri Emin Əmrullayev:
“Məktəb dini mesajların paylaşma yeri olmamalıdır” +VİDEO
Azərbaycan Respublikası təhsil naziri son həftələr imamların adları mövzusunda məktəbli şagirdlərin iştirakı ilə çəkilən klipə münasibət bildirərkən deyib: “Dini klipin hansı məktəbdə çəkilməsi barədə məlumatımız var. Məktəb binası hansısa dini, siyasi mesajların paylaşılması üçün yer olmamalıdır”.
SəhərAzəri-nin məlumatına əsasən,təhsil naziri Emin Əmrullayev mətbuat brifinqdə deyib: “İnsanlar istənilən mövzuda klip çəkə bilərlər. Sadəcə onun məktəbdə çəkilməsi bizim prosedurlara ziddir. Hətta maarifləndirmə ilə bağlı da Təhsil Nazirliyindən icazə alınmalıdır. Bu halda belə bir icazə alınmamışdı.
Nazir klipin çəkilişi zamanı valideynlərin də iştirak etdiyini bildirib: “Biz məktəblərdə bu tip fəaliyyətin olmasını qeyri-qanuni hesab edirik. Həmin məktəb direktoru cəzalandırılıb, barəsində intizam tədbiri görülüb”.- deyə Emin Əmrullayev bildirib.
Qeyd edək ki, Nazirin işarə etdiyi klip Şagirdlərin iştirakı ilə 12 imama həsr olunmuş videodan ibarətdir. Mərsiyəxan Seyid Peyman Boradgahinin müəllim rolunda qatıldığı klipdə şagirdlər 12 imama mahnı oxuyaraq, hərəsi bir imamın adını sadalayır, onların adı yazılan kağızları göstərirlər. Əslində klip 12 imamı tanımaq və onların adlarını öyrənmək üçün məarifləndirmə xarakteri daşıyır.
Klipin yayılmasından sonra təhdidlərə məruz qalan mərsiyəxan həmin klipi sosial şəbəkəsindən silib.