Dek 24, 2021 09:29 Asia/Baku
  • Turan Xəbər Agentliyi İran-Azərbaycan əməkdaşlığından yazıb

Turan Xəbər Agentliyi Bakı və Tehranın maraqlarının üst-üstə düşdüyü formatın əhəmiyyətindən bəhs edib.

SəhərAzəri-nin məlumatına əsasən, Turan qeyd edir: Transregional qüvvələrin regionun işlərinə qarışmağa haqqı yoxdur –İran və Azərbaycanın ümumi mövqeyi belədir. Çərşənbə günü Bakıda prezident İham Əliyevlə İranın xarici işlər naziri Əmir Abdullahiyanın görüşünün əsas leytmotivi bu olub.

3+3 formatı yəni Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran arasında əməkdaşlıq regionda sabitliyə və sülhə xidmət edir. İranlı nazir deyib ki, “transregional qüvvələrin regionun işlərinə qarışmağa haqqı yoxdur və region ölkələri öz problemlərini özləri həll edə bilər”.

Öz növbəsində İlham Əliyev deyib ki, Bakı siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri genişləndirmək istəyir, iki ölkə arasında mühüm layihələr isə başa çatdırılmalıdır.

"Regional məsələlər region ölkələri tərəfindən həll olunmalıdır və biz regiona daxil olmayan ölkələrin regional məsələlərə cəlb olunmasının əleyhinəyik", - İranın KİV-ləri Əliyevdən sitat gətirir.

Xəbər agentliyi bildirir ki, belə olan halda xarici qüvvələrin regionda proseslərə iştirakı və ya müdaxiləsi Ermənistan-Azərbaycan münaqişəsində mümkündür. Konkret desək, söhbət Fransa və ABŞ-ın potensial müdaxiləsindən gedir.

Bu məsələdə Bakı və Tehran müttəfiq ola bilər. İranın azad edilmiş ərazilərin bərpası və yeni kommunikasiyaların açılması layihələrində iştirakı bu ittifaqı möhkəmləndirər.

Teqlər