İran Səfirliyi prezident İlham Əliyevi təbrik edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i384407-İran_səfirliyi_prezident_İlham_Əliyevi_təbrik_edib
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2021 12:25 Asia/Baku
  • İran Səfirliyi prezident İlham Əliyevi təbrik edib

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İran Səfirliyinin rəsmi tvitter hesabında məlumat verilir.

Təbrik mesajında deyilir:

"İranın Azərbaycandakı Səfirliyi dost, qardaş və qonşu ölkə olan Azərbaycan Respublikasının möhtərəm Prezidenti Zati-aliləri cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, onun rəhbərliyi altında Azərbaycan xalqına isə rifah və səadət arzulayır!"