Dek 29, 2021 12:37 Asia/Baku
  • Xristian personaj
    Xristian personaj

İsrail rejiminin Azərbaycan Respublikasındakı səfirliyi Ağdam, Bərdə, Tərtər rayonlarındakı uşaqlara yeni xristian ili hədiyyələri verib.Bu barədə səfirlik Tvitter hesabında məlumat paylaşıb.

SəhərAzəri-nin məlumatına əsasən,sionist rejimin Bakıdakı səfirliyinin Tvittində deyilir ki, yeni xristian ili münasibəti ilə bu rejimin Azərbaycan Respublikasındakı səfirliyi ilə “Lu-Mun” şirkətinin birgə təşəbbüsü nəticəsində Ağdam, Bərdə və Tərtər uşaqlarına hədiyyələr verilib.

 Tvittdə deyilir: “Biz onlara Santa Klaus vasitəsilə kitablar, isti geyimlər, məktəb ləvazimatı, oyuncaqlar və sair hədiyyələr göndərdik.

Səfirlik azərbaycanlı müsəlman uşaqlara hansı kitabların verildiyinə toxunmayıb.

“Bu uşaqlar ötən il müharibə zamanı çətin dövr yaşayıblar. Biz səfirlik olaraq “Lu-Mun”dakı tərəfdaşlarımızla birgə onlara layiq olduqları dinc, ləyaqətli, şən həyata nail olmaqda kömək olmaq istərdik”.-yazan sionist rejimin səfirliyi azərbaycanlı uşaqların ləyaqətli həyata malik olmadıqlarına eyham vurub.

 

Teqlər