Deputat Ceyhun Məmmədov:
“Sülhməramlıların təxribatlarına mütləq son qoyulmalıdır”
Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən iclasında çıxış edən deputat Ceyhun Məmmədov rusiyalı sülhməramlıların fəaliyyətini kəskin tənqid edərək onların təxribatlarına qarşı qəti tədbirlərin görülməsinə çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Deputat Ceyhun Məmmədov qeyd edib ki, “Son günlər sülhməramlıların nəzarətindəki ərazilərdə separatçıların təxribatlarının davamlı xarakter aldığı müşahidə olunur. Tərtərin ərazisinin atəşə tutulması, Xocalıda aktiv tikintinin aparılması, tranşeylərin qazılması, “Bakcell”-in əməkdaşının güllələnməsi, separatçıların davamlı təxribatçı bəyanatlar səsləndirilməsi, “Arsaxın işğalı haqqında” qanun layihəsinin hazırlanması barədə fikirlər və digər təxribat əməlləri bu fikri bir daha təsdiq edir.
Deputat əlavə olaraq deyib: “Sülhməramlıların bu prosesə seyrçi qalması, bir sıra halda dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur.
Ceyhun Məmmədova görə sülhməramlıların əsas missiyası bölgə xalqları arasında sülhü, qarşılıqlı etimadı, birgəyaşayışı təmin etməkdir.
Millət vəkili rusiyalı sülhməramlıların heç də sülhməramlı missiyanı yerinə yetirmədiyini və separatçıların da bundan faydalandığını xatıladaraq deyib: “bu təxribatlara mütləq son qoyulmalıdır”