Fev 18, 2022 14:27 Asia/Baku

Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluqla məşğul olan dövlət məmurlarını sərt şəkildə tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, prezident Əliyev fevralın 18-də Bakı şəhərində iki rayonun yeni icra başçılarını və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısını təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib: “Əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul olub, korrupsiya ilə, rüşvətxorluqla məşğul olub. Kasıb insanların malına göz dikmişlər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişlər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir.”

Dövlət başçısı qeyd edib ki, bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq.

Teqlər