Fev 24, 2022 14:05 Asia/Baku
  • Prezident Əliyev: Strateji Tərəfdaşlıq Bəyannaməsi kifayət edər

Azərbaycan Respublikasının prezidenti Rusiya ilə strateji müttəfiqlik haqda imzalanımış sənədin Bakı üçün kifayət etdiyini və KTMT-yə qoşulmağa ehtiyac duymadığını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, prezident İlham Əliyev Moskvaya rəsmi səfəri zamanı Rusiya KİV-lərinin baş redaktorları ilə görüşüb, onların suallarını cavablandırıb. Suallardan biri də Qarabağda vəziyyətin müəyyən qədər nizamlanması nəzərə alaraq Azərbaycanın KTMT-yə, Şanxay Əməkdaşlıq Təşkilatına tərəf meyl etməsinin nə dərəcədə mümkünlüyü haqda olub.

İlham Əliyev cavab olaraq deyib: “Şanxay Əməkdaşlıq Təşkilatı ilə müəyyən mənada artıq fəaliyyətə başlamışıq. Artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə - müşahidəçilərdir. Biz bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etmişik. Təəssüf ki, bu məsələ indiyə qədər həll edilməyib Və bizə məlum olmayan səbəblərə görə, bu məsələ indiyə qədər baş tutmur.”

KTMT-yə gəincə Azərbaycanın dövlət başçısı bildirib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu, yaxın vaxtlarda MDB məkanında nümayiş etdirildi və hətta Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43 bənddən 2-si – 6-cı və 16-cı bəndlər, - zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz. Hər şey bundan irəli gəlir. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb.”

Teqlər