Azərbaycan Respublikasında
Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi həbs edilib
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi, general-mayor Nizami Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
SəhərAzəri-nin məlumatına əsasən, general-mayor Nizami Məmmədov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, Məmmədov 80 milyon 618 min manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur.
Son bir ayda, Müdafiə Nazirliyinin maliyyə idarəsinin 4 keçmiş və indiki vəzifəli şəxsi, eləcə də tədarük və təchizat idarəsinin rəisi həbs edilib.
Ekspertlərə görə vaxtaşırı olaraq nazirliklərdən birində yaxud ayrı-ayrı icra hakimiyyətlərində başladılan korrupsiya ilə bağlı cinayət işləri heç bir effekt vermir və Azərbaycan Respublikasında məmurların yeyintiləri gün gündən artır. Bu kimi tədbirlər və əməliyyatları nəticəsiz hesab edənlərə görə, korrupsioner məmurlar o qədər gücləniblər ki, onlara qarşı hərhansı ifşaedici səyləri yerindəcə boğa bilirlər. Eyni zamanda heç hakimiyyətin özü də ictimai nəzarətin gücləndirilməsində maraqlı deyib.