Mart 10, 2022 12:38 Asia/Baku
  •  Azərbaycan ordusunun mövqeləri 28 dəfə atəşə tutulub

Azərbaycan Respublikası ordusunun mövqeləri ötən sutka ərzində dəfələrlə ermənilər tərəfindən atəşə tutulub

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Bəzi müşahidəçilər bildirirlər ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın neytral mövqeyi Moskvanı bərk hiddətləndirib, sərgilədiyi mövqeyə görə Bakıya cəza kəsmək niyyətini gizlədə bilmir. Mart ayının əvvəllərindən artıq demək olar ki, hər gün Azərbaycan ərazilərində baş verən erməni təxribatları bunu deməyə əsas verir. 

Teqlər