Mart 12, 2022 10:26 Asia/Baku
  • Zəngəzur dəhlizindən imtina edilirmi?

Azərbaycan Respublikasının İranla Zəngəzur dəhlizinə alternativ yolun inşası üzərində anlaşması mediada geniş təhlil olunur.

SəhərAzəri-nin məlumatına əsasən, axar.az portalının bu barədə yaydığı şərhində deyilir:

Ermənistan sərhədi ilə 5 kilometr məsafədən keçən yol Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla birləşdirəcək; bura avtomobil və dəmir yolu, eləcədə rabitə və enerji təminatı xətlərinin yaradılması daxildir.

Bununla Azərbaycan birdən çox strateji gediş edir:

 Birincisi, bölgədə kommunikasiyanın açılması məsələsində Ermənistanın kartını əlindən alır və onlar regional layihələrdən kənarda qalırlar;

İkincisi, regional kommunikasiyanın açılmasında Azərbaycan üçün əhəmiyyətli olan Naxçıvanla, həm də Türkiyə ilə quru əlaqəsinin İran vasitəsilə yaradılmasından sonra İrəvan “dalan dövlət” olmaqdan çıxmaq üçün Bakının şərti qarşısında geri çəkilə bilər;

Üçüncüsü, öz layihəsini İran üzərindən həyata keçirən Azərbaycan regional kommunikasiyanın aktuallığını arxa plana keçirə bilər və bu, Ermənistanla quru əlaqəsi yaratmaq istəyən Rusiyanın marağında deyil;

Dördüncüsü, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında o qədər də maraqlı olmayan İrana regional layihələrdə iştirak imkanı yaradır;

Mənbə hesab edir ki, itirən tərəf yenə Ermənsistandır.

Müəllifin fikrincə, bu həm də Bakının Ermənistana və Rusiyaya mesajıdır ki, Qərbi Zəngəzur dəhlizi ilə bağlı qərarı yubatdıqlarına görə rəsmi Bakı alternativ variantdan istifadə edəcək. İran üzərindən Naxçıvana dəmiyolu da çəkilə bilər.

Teqlər