Mart 12, 2022 17:06 Asia/Baku

Azərbaycan Xarici İşlər Nazirliyi İranla diplomatik əlaqələrin qurulmasının ildönümü münasibətilə tviter səhifəsində paylaşım edib.

 SəhərAzəri-nin məlumatına əsasən, nazirliyin paylaşımında deyilir: “Bu gün Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə İran hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və İran arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev də ötən gün İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisiyə iki ölkə arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik məktubu ünvanlamışdı.

Məktubda əlaqələrin bu gün yüksək səviyyədə olmasının son otuz illik birgə fəaliyyətin nəticəsi olduğu bildirilir: “Bu illər ərzində çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, əldə edilən razılaşmalar və həyata keçirilən birgə layihələr siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımızın dinamik inkişafında mühüm rol oynamışdır”, - deyə məktubda qeyd olunur. 

Həmin məktubda Azərbaycan Respublikasının prezidenti bir daha İran şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində abadlıq layihələrində iştirakına təkid edib: “Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Biz ölkənizi təmsil edən şirkətlərin də yaxın gələcəkdə bu prosesdə iştirakını görməkdən məmnun olardıq”, - deyə məktubda vurğulanır.

Teqlər