Baş nazir İrandan keçəcək yeni dəhlizin əhəmiyyətindən danışıb
Mart 15, 2022 13:06 Asia/Baku
Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov İrandan keçəcək yeni dəhlizin əhəmiyyətini vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının baş naziri Əli Əsədov İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında martın 11-də imzalanmış Anlaşma Memorandumunun nəticəsində yeni kommunikasiya bağlantılarının bölgənin inkişafına töhfə verəcəyini xatırladıb.