Aİ Qarabağa qaz təchizatındakı fasilələrdən narahatdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i387256-aİ_qarabağa_qaz_təchizatındakı_fasilələrdən_narahatdır
Amerikanın ardınca Avropa İttifaqı da Qarabağdakı separatçıların hərhansı çətinliyə düşməsinə dözməyəcəyini nümayiş etdirdi. Avropa İttifaqı Qarabağda qaz təchizatını bərpa etməyə çağırdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2022 08:54 Asia/Baku
  • Aİ Qarabağa qaz təchizatındakı fasilələrdən narahatdır

Amerikanın ardınca Avropa İttifaqı da Qarabağdakı separatçıların hərhansı çətinliyə düşməsinə dözməyəcəyini nümayiş etdirdi. Avropa İttifaqı Qarabağda qaz təchizatını bərpa etməyə çağırdı.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqı Qarabağda qaz təchizatı ilə bağlı yeni fasilələr barədə məlumatdan narahatdır. Cümə axşamı Avropa İttifaqının xarici siyasət məsələləri xidmətinin bəyanatında deyilir:

"Martın 8-də təchizatdakı ilk fasilədən sonra Avropa İttifaqı Azərbaycanı bu məsələdə fəal iştiraka çağırıb ki, bu da təmir işləri və martın 19-da qaz tədarükünün bərpası ilə nəticələnib.

Xüsusilə kəskin hava şəraitində zərər çəkmiş yerli əhaliyə qazın verilməsinin dərhal bərpasını təmin etməyə israrlı zərurət var və Avropa İttifaqı nəzarət orqanlarını bunu həll etməyə çağırır".