Gecə klubunda 1 nəfər həlak olub, 37 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i387573-gecə_klubunda_1_nəfər_həlak_olub_37_nəfər_yaralanıb
Bakıda bir gecə klubunda baş vermiş partlayış faciə ilə nəticələnib, 1 nəfər həlak olub, 37 nəfər yaralanıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2022 07:34 Asia/Baku
  • Gecə klubunda 1 nəfər həlak olub, 37 nəfər yaralanıb

Bakıda bir gecə klubunda baş vermiş partlayış faciə ilə nəticələnib, 1 nəfər həlak olub, 37 nəfər yaralanıb

SəhərAzəri-nin məlumatına əsasən, hadisə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda saat 03:00 radələrində baş verib.

Faktla bağlı cinayət işi açılıb və Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.

Yaralılardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.