Deputat Razi Nurullayev:
“Xəzər dənizinin sahili işğal altında qalmaqda davam edir”
Deputat Razi Nurullayev dəniz kənarına 130 metr məsafədən yaxın olan tikililərin sökülməsi təklifi ilə çıxış edib.
Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyirlər.
“Amma hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahili işğal altında qalmaqda davam edir.
“Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvətdir, Konstitusiyamız Xəzərdən maneəsiz istifadə hüququ verir. Hərə dənizin sahilində beş-on hektarı çəpərləyib. Bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq, hər kəsin qanun qarşısında bərabərhüquqlu olduğunu deyirik. Xalq da görür ki, bu fikir doğru deyil”,- Razi Nurullayev bildirib.
Deputan keçmiş preziden Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verildiyini xatırladaraq deyib: İndi bu məsafə 30 metrə düşüb. Bu məsələni əsaslandırıb Prezidentə imzaya təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyırlar, çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addıma gediblər.
Deputat təklif edib ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbit edilsin, dənizi hasarlayanların hasarı və mülkləri sökülsün.
Ekspertlərə görə Azərbaycan Respublikasında Xəzər dənizinin sahillərinin hasarlanmasına qarşı bu kimi vaxtaşırı etirazlara rəğmən hasarlanmaların və sahillərin mənimsənilməsi prossesinin nüfuzlu məmurlar tərəfindən həyata keçdiyinə və rüşvət hesabına mümkün olduğuna görə, Xəzərin sahillərinin azad edilməsi istiqamətində heç bir ciddi addım müşahidə olunmur.