Qazilər YAŞAT Fondu qarşısında etiraz aksiyası keçiriblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i388407-qazilər_yaŞat_fondu_qarşısında_etiraz_aksiyası_keçiriblər
Bu gün İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı Bakıda YAŞAT Fondunun qarşısında etiraz aksiyası keçirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 25, 2022 09:23 Asia/Baku
  • Qazilər YAŞAT Fondu qarşısında etiraz aksiyası keçiriblər

Bu gün İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı Bakıda YAŞAT Fondunun qarşısında etiraz aksiyası keçirib.

SəhərAzəri-nin verdiyi məlumata görə,etiraz edənlər bildiriblər ki, Türkiyəyə müalicəyə göndərilən bir qrup veteran müalicə başa çatmadan ölkəyə qaytarılır.

Onlar bunu veteranların mülicəsi üçün ayırılan vəsayitin mənimsənilməsi ilə əlaqələndirirlər.

YAŞAT Fondundan isə bildiriblər ki, Türkiyəyə müalicə üçün göndərilmiş 167 qazidən 132-i Azərbaycan Respublikasına qaytarılıb və bu onların müalicəsinin ölkə daxilində mümkünlüyü ilə bağlı olub.

Fondda yaralıların müalicəsi başa çatmadan qayıtması ehtimalını istisna ediblər. 

Etirazçılar isə YAŞAT Fondunun öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə davam edəcəyi təqdirdə Prezident Administrasiyasının qarşısına etiraz aksiyası keçirəcəkləri ilə hədələyiblər.