Azərbaycanda dini fəal 6 il müddətinə azadlıqdan məhrum edilib
Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının fəalı Razi Hümbətovun barəsində hökm oxunub.
SəhərAzəri-nin məlumatına əsasən,məhkəmə Razi Hümbətovu narkotika dovriyəsində ittiham edərək 6 il müddətinə azadlıqdan məhrum edib.
Hümbətov özünü təqsirli bilməyib. Müdafiə tərəfi də hökmü qanunsuz hesab edib.
Vəkil Cavad Cavadov bildirib ki, Hümbətova qarşı məhkəmə istintaqı zamanı səhih sübutlar təqdim olunmayıb. Müdafiə tərəfi apellyasiya verəcək.
Polis Hümbətovu dəstəkləmək üçün məhkəməyə gələn “Müsəlman Birliyi” Hərəkatının ona yaxın tərəfdarını saxlayıb.
Hümbətov 2021-ci il iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb. Üç gün sonra vəkil öyrənə bilib ki, hələ 8 iyula qədər Nərimanov Rayon Məhkəməsi onu külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edib.
“Müsəlman Birliyi” Hərəkatı Hümbətovun həbsini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi, həmçinin gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı fəal mübarizəsi ilə əlaqələndirir.
Hüquq müdafiəçiləri Razi Hümbətovu siyasi məhbus kimi tanıyıblar.