May 23, 2022 14:12 Asia/Baku
  • ABŞ səfiri İsrail rejimi ilə birgə Azərbaycana nüfuzdan məmnundur

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Li Litzenberqer sionist rejimin Bakıdakı səfiri ilə birlikdə Qubada Qırmızı Qəsəbə Yəhudilərinin Ənənəvi Evinin bərpası layihəsinin açılışında iştirak edib.

SəhərAzəri-nin məlumatına əsasən, Yəhudi evinin açılışı zamanı çıxış edən səfir sionist rejim bayrağının Azərbaycan bayrağının yanında yer almasından dərin təsir aldığını dilə gətirib:“Burada Azərbaycan, ABŞ və İsrail bayraqlarının yanaşı dayanması məndə çox dərin təəssürat yaradır. Biz bundan əvvəl də Heydər Əliyev Fondu və İsrail səfirliyi ilə ayrı-ayrılıqda bir sıra layihələr həyat keçirmişik. Amma bu üç qurumun birlikdə həyata keçirdiyi ilk layihə olacaq. Bununla da daha bir ənənənin əsası qoyulur.”-ABŞ səfiri deyib.

ABŞ-ın Bakıdakı səfiri Amerika və sionist rejimin Azərbaycan Respublikasına birgə təsirindən razılıq ifadə edərək deyib: “Mən fəxr hissi duyuram ki, ABŞ və İsrail Azərbaycanın dostları kimi bu ölkənin zəngin tarixinə, əsrarəngiz təbiətinə, gözəl insanlarına dəstək olur.

1-ci və 2-ci Qarabağ müharibələrində eləcə də 30 illik münaqişə dövründə işğal faktını tanımaqdan çəkinən, 1 milyon azərbaycanlı didərginin acınacaqlı durumu ilə maraqlanmayan Amerikanın Bakıdakı səfiri Azərbaycan Respublikasında yəhudilərə yaradılan şəraitdən razılığını bildirib və yəhudilərin yaşadığı ərazilərin Amerikanın diqqət mərkəzində olduğuna diqqət çəkib: “Azərbaycanlılar hər zaman dağ yəhudilərinə qucaq açıb. Qırmızı Qəsəbə Azərbaycanın multikultural mahiyyətini və quruluşunu dünyaya göstərməyə unikal imkan yaradır”,- Li Litzenberqer deyib.

Teqlər