May 23, 2022 20:26 Asia/Baku
  • Sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyaları yaradılıb

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

SəhərAzəri-nin məlumatına əsasən, sərəncama görə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə 23 üzvdən ibarət olan Dövlət Komissiyasına Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sədrlik edəcək.

Komissiyanın üzvləri müvafiq nazirlərin eləcə də dövlət qrumlarının rəhbərlərinin müavinlərindən ibarətdir.

Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb.Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.

Komissiyada digər nazirliklərin və qurumların nümayəndələri də təmsil olunacaq. Bura xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəsi və infrastruktur nazirinin müavini Oqanes Arutyunyan da daxildir.

Teqlər