Prezident Rəisi Azərbaycanın Müstəqillik Gününü təbrik edib
İran İslam Respublikası prezidenti azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubunda Azərbaycan Respublikasının Müstəqillik Gününü təbrik edib.
SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının müstəqilliyinin ildönümü münasibətilə təbrik məktubunda bu ölkənin İranın xarici siyasətindəki mövqeyini və İranın qardaş ölkə Azərbaycan Respubliksı ilə münasibətlərini inkişaf etdirmək səylərini xüsusi qeyd edib.
Rəisi mesajında, İran və Azərbaycanın iki xalqı arasındakı ortaq tarix, din və dərin bağlılığın yeni dövrdə onların ikitərəfli münasibətlərinə möhkəm dayaqlar və dəyərli dəstək verdiyini bildirərək, qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İran İslam Respublikası hər zaman bütün sahələrdə ikitərəfli münasibətləri genişləndirmək üçün qarşılıqlı maraqlar çərçivəsində çalışıb.
O, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsindən sonra Tehran və Bakı arasında əməkdaşlıq imkanlarının genişlənməsindən məmnunluq ifadə edib və ümid edib ki, bu imkanlar hər iki xalqın qarşılıqlı tələblərinə və maraqlarına uyğun istifadə olunacaq.