Azərbaycanda siyasi məhbus düyünü açılmır
Yenilənmiş siyasi məhbus siyahısında 100 nəfər var
"Azərbaycan siyasi məhbuslara azadlıq" İttifaqı yeni siyahını dərc edib. Siyahıya 100 nəfər daxil olub.
SəhərAzəri-nin məlumatına əsasən, siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov "siyasi məhbus" anlayışının AŞPA tərəfindən müəyyən edilmiş meyarları əsasında tərtib edib.
Truan xəbər verir: 21 fevral tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər azalıb. Bu, prezidentin 27 may tarixli sərəncamı ilə əfv olunmuş və cəza müddəti başa çatmış məhbuslar sayəsində baş verib.
Amma siyahıda yeni siyasi məhbusların - bloger Rəşad Ramazanov və "Müsəlman Birliyi" Hərəkatının üzvü Elşən Abbasovun adı var.
Siyasi məhbuslar 6 qrupa təsnif edilib və onun "Dindarlar" qrupunda 19 nəfər var: İslam Partiyasının lideri Mövsüm Səmədov, onun bu vəzifədəki varisi İlham Əliyev, ilahiyyatçılar Abgül Süleymanov və Ceyhun Mustafayevın adları var. Həmçinin "Nardaran işi"nin əsas fiqurantları, o cümlədən "Müsəlman Birliyi" Hərəkatının lideri Tale Bağırzadə və onun köməkçisi Abbas Hüseynov, habelə ilahiyyatçı Sərdar Babayev də bu qrupdadır.